“Qarabağ” qələbə qazandı

14 Fevral 2016 17:08 (UTC+04:00)

AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, son oyun günündə "Kəpəz" Gəncədə lider "Qarabağ"ı qəbul edib. Oyunun ilk qolunu 9-cu dəqiqədə Rəşad Sadıqov vurub.

Rəqib komandanın futbolçusu Namiq Ələsgərov 45-ci dəqiqədə hesabı bərabərləşdirə bilib. Amma oyunun sonuna bir neçə dəqiqə qalmış 83-cü dəqiqədə küncdən zərbə ilə Əfran İsmayılov komandasını yenidən irəli çıxarıb.

Beləliklə, "Qarabağ" oyundan 2:1 hesablı qələbə, 3 xalla ayrılıb.