Qardaş bacısını bıçaqladı - Bakıda

14 Fevral 2016 17:30 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Axşam saat 19:00 radələrində Qurbanov Sabir Rüstəmoviç bacısı Elina Rüstəmoviçi şəxsi münaqişə zəminində bıçaqlayıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Sabir Qurbanov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə cinayət işi açılıb.