Tarixi görüş baş tutdu - 962 il sonra

14 Fevral 2016 18:08 (UTC+04:00)

AzNews.az BBC-yə istinadən xəbər verir ki, 962 il sonra iki əsas xristianlıq cərəyanının rəhbəri bir araya gəlib.

Havanadakı Xose Martin hava limanında baş tutan 2 saatlıq görüşdən sonra papa Fransis və rus-provaslav kilsəsinin rəhbəri Kiril 30 maddəlik sənəd imzalayıblar. Sənəddə kilsələrin dağıdılması, Avropanın xristian köklərinə bağlı qalması, Afrikadakı xristianların məruz qaldığı zorakılıq, eləcə də digər qlobal problemlərə toxunulub.