Rusiyadan Ukraynaya qadağa

14 Fevral 2016 21:29 (UTC+04:00)

Nazirlik bunun Ukraynadakı "Avtomaydan" hərəkatı fəallarının hərəkətinə cavab olduğunu bəyan edib.

Hərəkatın fəalları fevralın 11-dən Rusiyaya məxsus yük maşınlarının Ukrayna ərazisində hərkətini əngəlləyir. Onlar Rusiya ilə ticarət əlaqələrinin dayandırılmasını tələb edirlər.

Ukrayna KİV-lərinin məlumatına görə, Ukraynanın qərbindəki bütün sərhəd-buraxılış məntəqələrində Rusiya qeydiyyatlı maşınların hərəkəti dayandırılıb.

Rusiya nəqliyyat nazirliyinin məlumatına görə, Ukraynanın müxtəlif vilayətlərində hazırda 100-dən çox yük maşını ilişib qalıb.

Bundan başqa Avropa Birliyi ölkələrindən gələn 500-dək yük maşını Ukrayna sərhədini keçə bilmir.


Azvision.az