İvanişvili: “Həbs siyasi deyil”

7 Noyabr 2012 09:10 (UTC+04:00)
Gürcüstanın baş naziri Bidzin İvanişvili həbs olunan nazirlə bağlı açıqlama verib. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, İvanişvili bildirib ki, sabiq nazirrin həbsində heç bir siyasi motiv görmür.

"Bu siyasi həbs deyil. Mən bildiyim qədərilə həbsin hüquqi əsası var. onu da bildirmək istəyirəm ki, mən bu proseslərdə iştirak etmirəm".

Bununla belə, gürcü Baş nazir ictimai diqqətin yüksək olmasını nəzərə alaraq məsələni nəzarətə götürəcəyini deyib.

Sadiq Musa
AzNews.az