“Toyota Motor” şirkəti işini bərpa etdi

15 Fevral 2016 10:01 (UTC+04:00)

Fevralın 8-də həmin zavodlarda bəzi hissələr üçün xüsusi polad çatışmadığına görə iş dayandırılmışdı. Nəticədə şirkət ötən müddətdə 70-80 min avtomobil istehsal edə bilməyib.

Şirkətin Aiçi prefekturasında xüsusi polad istehsal edən zavodu isə partlayış baş verdiyinə görə, fəaliyyətini müvəqqəti dayandırmışdı. Fevralın 8-də baş vermiş hadisə nəticəsində heç kim xəsarət almasa da, istehsal xətlərindən biri ciddi zədələnmişdi. Zavodda bərpa işlərinin martda başa çatdırılacağı gözlənilsə də, "Toyota Motor" hazırda başqa tədarükçü ilə razılıq əldə edib.

Xatırladaq ki, "Toyota Motor" 2015-ci ildə rekord miqdarda avtomobil sataraq, dünya üzrə birinci yeri tutmuşdu. Şirkət cari ildə 10,2 milyon avtomobil istehsal etməyi planlaşdırır və bunun 4 milyonu Yaponiyada buraxılacaq.

Azərtac.az