Kənd Təsərrüfatı Nazirliyində Apellyasiya Şurası yaradıldı

15 Fevral 2016 10:25 (UTC+04:00)

AzNews.az Kənd Təsərrüfatı Nazirliyinin saytına istinadən xəbər verir ki, kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciəflərinə baxılmasında şəffaflığın və obyektivliyin təmin edilməsi, habele sahibkarların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apelyasiya Şurasına kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev sədr təyin edilib. Altı nəfərdən ibarət olan Şuranın tərkibinə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul vəzifəli əməkdaşları, katibliyə isə Nazirliyin məsul əməkdaşları daxildir.