Tovuzda avtomobil piyadanı vurdu
15 Fevral 2016 10:34 (UTC+04:00)
Hadisə bu gün səhər saatlarında rayonun Aşağı Öysüzlü kəndinə gedən yolda qeydə alınıb. "VAZ" markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 1988-ci il təvəllüdlü Mətləb Həsənovu vurub. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ağır qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub.
Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
APA.az