İlhamənin köməkçisi apellyasiya şikayəti verdi

15 Fevral 2016 10:42 (UTC+04:00)

Bu barədə M.Hüseynovanın vəkili Vasif Mirzəyev bildirib.

O bildirib ki, Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Müraciətdə M.Hüseynovanın ev dustaqlığına buraxılması barədə iddianın təmin edilməsi də istənilib.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova bu il həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Fevralın 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Report.az