Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olundu - Foto

15 Fevral 2016 11:19 (UTC+04:00)

Bu vəzifəyə Oqtay İbrahimov təyin edilib.

Xatırladaq ki, Aparatın sabiq rəhbəri Səfər İmanov keçən ilin noyabrın 1-də öz ərizəsi ilə işdən çıxıb. Bu il isə onun 170 min dollar rüşvət aldığı iddia olunub.

Qeyd edək ki, İbrahimov Oqtay Vahib oğlu 1960-cı ilin iyunun 19-da Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirib. 1990-1993-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və sektor müdiri vəzifələrində çalışıb. 1993-cü ildə Nazirlər Kabinetinin Ali Attestasiya Komissiyasının qərarı ilə "Baş elmi işçi" fəxri adı ilə təltif edilib. 1999-2000-ci illərdə Konstitusiya Məhkəməsinin İnformasiya təminatı bölməsinin müdiri olub. 20.11.2013 – 2.11.2015 tarxilərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbərinin müavini olub.

Ailəlidir, 4 övladı var.

Report.az