İran nefti ilə dolu ilk tanker sularda – Avropaya yollanır

15 Fevral 2016 11:22 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Litasco şirkətinə məxsus gəmi yüklənmiş vəziyyətdə Fars körfəzinə çıxıb. Məlumata görə, yaxın saatlarda fransız, ispan və çin şirkətləri üçün tankerlərin yüklənməsi həyata keçiriləcək.

Qeyd edək ki, bir müddət öncə Rusiya, Fransa və İspaniyanın şirkətləri tərəfindən alınan 4 milyon barel xam İran nefti ilə yüklənmiş tankerlərin yaxın günlərdə İrandan Avropa göndəriləcəyi barədə məlumat yayılmışdı. İran tərəfinin bəyanatına görə, yaxın bir neçə ayda əlavə neft ixracının həcmi gündə 500 min barel, il ərzində isə gündə 1 mln. barel olacaq.

Xatırladaq ki, bu il yanavarın 16-da Avropa İttifaqı rəsmi Tehrana qarşı sanksiyaların tam, ABŞ isə qismən ləğv edilməsi barədə qərarını elan edib.

Aydan AXUNDOVA