3 maşın toqquşdu - 1nəfər öldü

15 Fevral 2016 12:44 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 14-də saat 23 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakinləri Seyfəl Əliyevin idarə etdiyi "KİA", Ruslan Məmmədovun idarə etdiyi "Nissan" və Mirməmməd Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə S.Əliyev və sərnişini, anası Zemfira xəstəxanaya yerləşdirilib, Z.Ağayeva orada ölüb, S.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.