Keçmiş nazirlik işçilərinin həbs müddəti artırıldı - Siyahı

15 Fevral 2016 14:03 (UTC+04:00)

Prokurorluğun müvafiq vəsatətlərinə Binəqədi Rayon Məhkəməsində baxılıb və onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Qeyd edək ki, həmin şəxslər keçən il noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

B.Hüseynov, E.Məmmədov, B.Vəliyevə və "Aztelekom" MMC-nin baş mühasibi O.Rüstəmov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), "AzİnTelekom" MMC-nin baş direktoru C.Cəfərov, "Azərpoçt" MMC-nin baş direktoru Q.Bəybalayev və "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru N.Məmmədov həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi S.Hümbətov isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham olunurlar.

Xatırladaq ki, daha əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov və "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Report.az