Ən güclü orduya malik ölkələr – Siyahıda Azərbaycan da var

15 Fevral 2016 14:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ABŞ-ın liderlik etdiyi siyahıda ikinci yeri Rusiya, üçüncü yeri isə Çin tutub. Reytinqdə 4-cü yerdə Hindistan, 5-ci yerdə Birləşmiş Krallıq, 6-cı yerdə Fransa, 7-ci yerdə Cənubi Koreya, 8-ci yerdə Almaniya, 9-cu yerdə Yaponiya, 10-cu yerdə isə Türkiyə qərarlaşıb.

"Global Firepower" ekspertləri tərəfindən tərtib olunan siyahıda Azərbaycan 126 ölkə arasında 64-cü yerdə məskunlaşıb.

Ermənistan siyahıda 74-cü yeri tutub.

Qeyd edək ki, reytinqdə ölkələrin nüvə potensialı, habelə hərbi və siyasi liderlik xarakteri nəzərə alınmayıb.

Aydan AXUNDOVA