Mənzildən oğurluq etmək istəyən şəxs yaxalandı

15 Fevral 2016 15:14 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da Rövşən Məmmədova məxsus evdən oğurluğa cəhd göstərən Neftçala rayon sakini Ruslan Əzizov tutulub.