Deputatdan Mərkəzi Bankın faizləri artırması ilə bağlı – Şərh

15 Fevral 2016 15:55 (UTC+04:00)

O, AzNews.az-a açıqlamasında Mərkəzi Bankın bu qərarının gözlənilən olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda gedən iqtisadi proseslər, xüsusilə Maliyyə Nazirliyinin istiqazları dövriyyəyə buraxması, manatın müəyyən qədər qorunub saxlanılması üçün atılan addımlar idi: "Manat öz dəyərini itirməsin deyə müəyyən qədər faiz vergisi artırıldı . Həm də ölkədə kəskin inflyasiya gedir. İnflyasiya rəqəmi yüksək olduğundan bunu ona uyğunlaşdırırlar".

V.Əhmədov onu da əlavə edib ki, bu qərarın verilməsində əsas məqsəd manatı əvvəlki vəziyyətdə saxlamaq üçün müvvəqəti olaraq atılan addımlardan biridir: "Nefin qiyməti aşağı olduğu üçün bu təzyiqləri müəyyən qədər stabilləşdirirlər".

Qeyd edək ki, Bu gün Mərkəzi Bank milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.

Bahar RÜSTƏMLİ
AzNews.az