Avtomobillərdən pul oğurlayan şəxs tutuldu

15 Fevral 2016 17:23 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Aslanovaya, A.Kərimova və P.Eynəliyevaya məxsus avtomobillərdən pul, mobil telefon və sənəd oğurlayan Bakı şəhər sakini Əli Allahverdiyev tutulub.