Tovuzda vətəndaşın yaşadığı tikili yandı

15 Fevral 2016 17:31 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Tovuz rayonu, Qazqulu kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.