Davudoğludan Azərbaycan açıqlaması: “Rusiyanın təhdidi altındadır”

15 Fevral 2016 17:56 (UTC+04:00)

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Davudoğlu çıxışı zamanı Ukraynadakı və Suriyadakı vəziyyətdən bəhs edib. Rusiya tərəfindən atılan addımları qınayıb.

Davudoğlunun sözlərinə görə, bu gün 3 ölkə Rusiyanın təhddi altındadır: "3 ölkə ərazi bütövlüyü mövzusunda Rusiyanın təhdidi altındadır. Gürcüstan, Ukrayna və Suriya. Ermənistana verdiyi dəstəyə görə Azərbaycanın da ərazi bütövlüyü faktiki olaraq təhdid altındadır".

Krımda isan haqlarının tapdalandığını bildirən Davudoğlu Rusiya rəhbərliyinə müraciət də ünvanlayıb: "Buradan Rusiya rəhbərliyinə bir daha bildirmək istəyirəm ki, Sovetlər İttifaqı 25 il öncə süqut edib. Bu dövrü təkrar yaşatmağa çalışmaq Rusiya üçün də xeyirli nəticələr verməyəcək. Birləşmiş Millətlərdə veto kartına güvənərək bu cür macəralara yönəlmək Rusiya xalqının da qəbul etməyəcəyi bir məqamdır".

Aydan AXUNDOVA