Mərkəzi Bank “alovun üzərinə benzin tökmək“lə məşğuldur

15 Fevral 2016 20:57 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib.

Qubad İbadoğlunun sözlərinə görə, hazırkı həsas məqamda bunun yalnış anlaşılmaması və çaşğınlıq yaratmaması üçün qəbul edilmiş qərar barədə fikirlərimi bölüşüb: "Əvvala qeyd edim ki, normal münasibətər çərçivəsində buxovlayıcı monetar tədbir hesab olunan bu qərar dövriyyədəki pul kütləsini məhdudlaşdırmaq, faiz dərəcələrinin artırmaqla, investisiya fəallığını aşağı salır. Yəni, bizim nümunəmizdə hətta bu qərar təsirli olsa belə yersizdir, çünki, manatın məhdudlaşdırmaqla işgüzar fəallığa mənfi təsir göstərir. Buna isə əslində cağdaş Azərbaycan iqtisadiyyatının ehtiyacı yoxdur. Çünki hazırda onsuz da inzibati vasitələrlə manat qıtlğığ yaradan Mərkəzi Bank onsuz da investisiya mühitini pisləşdirib. Bu isə bohran dövründə "alovun üzərinə benzin tökmək"lə müqayisə oluna bilər. Hesab edirəm ki, Mərkəzi Bankın dövriyyədəki manat kütləsini məhdudlaşdıran siyasəti hazırkı dövrün tələblərinə cavab vermir və ölkədə onsuz müxtəlif xarici və daxili faktorlardan qaynaqlanan və əsasən də alıcılıq qabliyyətinin məhdudlaşdırılmasına gətirib çıxaran mövcud böhranın sosial fəsadlarını daha da sərtləşdirir, məcmu tələbi bir az məhdudlaşdırır".