Nərimanovda ev yandı

16 Fevral 2016 09:47 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin 1 otağında kondisioner, televizor yanıb və otağın döşəməsi 1 kv.m sahədə qarsalanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.