Bakıda xarici vətəndaş intihar etdi (Yenilənib)

16 Fevral 2016 12:00 (UTC+04:00)

Özünü çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən ataraq intihar edən Quriya Qlafira evli olub. Təxminən 1 il əvvəl moldovalı gənclə ailə quran Quriya ailəsi ilə Bakıya gəlib və Xətai rayonu ərazisində kirayə tutduqları mənzildə yaşamağa başlayıb.

Bildirilir ki, Q.Qlafiranın yaşadığı ailədə xeyli sıxlıq var imiş. Kirayə tutulan mənzildə gənc ailə ilə yanaşı Quriyanın qayınanası və bir neçə digər qohumları da yaşayırmış. Onlar Bakıda xırda ticarətlə, xüsusi ilə ətir alveri ilə məşğul olurmuş.

Hadisənin baş verdiyi ailə rus dilində bilmədiyindən olayla bağlı hələlik müfəssəl məlumat toplamaq mümkün olmayıb.

Araşdırmalar davam etdirilir.

Lent.az

***
11:13
Bakının Xətai rayonunda Moldova vətəndaşı intihar edib.

Guriya Glafira adlı şəxs özünü kirayə yaşadığı Məhəmməd Hadi küçəsindəki binanın dördüncü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

Report.az