Naxçıvan-Batumi avtobus marşrutu fəaliyyətə başlayacaq

16 Fevral 2016 11:36 (UTC+04:00)

Fevral ayının 20-dən Naxçıvan-Batumi və əks istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayacaq. Avtobus Naxçıvan şəhərindən başlayaraq Türkiyə Respublikası ərazisindən keçməklə Batumi şəhərinə hərəkət edəcək.

İlk marşrut fevralın 20-də, saat 7:30-da Naxçıvan Şəhər Avtovağzalından yola düşəcək.
Bir nəfər üçün biletin qiyməti 27 manatdır.

Qeyd edək ki, biletlər muxtar respublika ərazisindəki avtovağzallarda satılacaq.

Avtosfer.az