6 yaşlı oğlunun başını kəsən ata tutuldu

16 Fevral 2016 12:57 (UTC+04:00)

Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini , Zahid İsgəndərov tutularaq rayon prokurorluğuna gətirilib.

Qeyd edək ki, Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.

Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

APA.az