AMEA-nın statusu ilə bağlı fərman ləğv edildi

16 Fevral 2016 13:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fərmanda deyilir:

"Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi"nin təsdiqi və "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanının ləğvi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

"Azərbaycan Respublikası Elmlər Akademiyasının statusu haqqında" Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 15 may tarixli 210 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 9-10, maddə 174) ləğv edilsin.