Baş nazir üçün iclasa qandal gətirildi – Ukraynada gərginlik
16 Fevral 2016 13:13 (UTC+04:00)
AzNews.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna "Müxalifət blokunun" deputatı Vadim Rabinoviç Ali Radanın iclasına Arseni Yatsenyuk üçün qandalla gəlib.
"Mən özümlə Yatsenyuk üçün lazımi olan atributu (qandal) götürmüşəm. Mən hesab edirəm ki, bu, hökumətin qiymətləndirilməsidir. Bu, mənim qiymətləndirməmdir. İnanın ki, bu qiymətləndirməyə milyonlarla ukraynalı qoşulur", - deyə Rabinoviç bildirib.
Deputat qandalı Ukrayna Baş nazirinə onun hökuməti barədə hesabatından dərhal sonra taxmaq lazım olduğunu dilə gətirib: "Məsələ bu hökuməti istefaya göndərməkdə deyil. İstefaya göndərəcəyik, o isə (Yatsenyuku nəzərdə tutur – red.) oğurladıqları ilə birgə qaçacaq. Zalda Yatsenyuka bunu taxmalıyıq – bu, düzgün addım və düzgün qiymətləndirmə olacaq".
Aydan AXUNDOVA