Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında qanuna dəyişiklik edildi

16 Fevral 2016 13:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fərmanada deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 524; 2011, № 2, maddə 85; 2013, № 6, maddə 632; 2015, № 2, maddə 126) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi"nin 9.5-ci bəndində "uçotdan" sözü "qeydiyyatdan" sözü ilə, "uçotunda" sözü isə "xüsusi qeydiyyatında" sözləri ilə əvəz edilsin.