Torpaq icarəsi haqda qanuna dəyişiklik edildi

16 Fevral 2016 13:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fərmanda deyilir:

"Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 1999, № 3, maddə 168; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 577; 2005, № 11, maddə 1016; 2006, № 7, maddə 590; 2007, № 11, maddə 1110; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1418) 2-ci hissəsinin dördüncü abzasında "hissəsində" sözü "və altıncı hissələrində" sözləri ilə, "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilsin.