Ukraynanın yük maşınlarına qadağa – Rusiyadan keçmək olmaz

16 Fevral 2016 15:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Rusiya yük maşınlarının Ukrayna ərazisində hərəkətinin bloklanmasına görə, 2016-cı il fevralın 16-dan etibarən Rusiya ərazisində tranzit yükdaşımaları həyata keçirən Ukrayna yükdaşıyan nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılır"
, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, bir müddət öncə 300-dən çox Ukrayna yük maşınının Rusiyada hərəkətinin dayandırılması barədə xəbər yayılmışdı.

Aydan AXUNDOVA