Nazir: “Siyasi partiyalara ayrılan vəsait artırıla bilər”
7 Noyabr 2012 11:25 (UTC+04:00)
Milli Məclisin (MM) 6 komitəsinin birgə iclasında 2013-cü il Dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatlar - VHP sədri Sabir Rüstəmxanlı və BAXCP sədri Qüdrət Həsənquliyev sənəddə siyasi partiyalara ayrılan vəsaitin az olması barədə məsələ qaldırıblar.
APA-nın xəbərinə görə, müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov isə deyib ki, bu məsələyə yenidən baxıla bilər.
Nazir partiyalara dövlət büdcəsindən 2 milyon manat ayrılmasının qanunvericilikdə müəyyən olunan mexanizmlə əsaslandırıldığını bildirib: "Amma təbii ki, bu vəsaitin artırılması mümkündür".
AzNews.az