Baş Prokurorluqdan Ağcabədidə baş verən qətllə bağlı - Açıqlama

16 Fevral 2016 15:56 (UTC+04:00)

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən AzNews.az-a daxil olan birgə məlumatda deyilir ki, polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Ağcəbədi rayon sakinləri - 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü Namiq Məmmədov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, onlar fevralın 15-də tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən edilib ki, 17 oktyabr 2015-ci il tarixdə saat 07 radələrində X.Salahov N.Məmmədovla qabaqcadan əlbir olaraq tamah məqsədilə V.İsmaylovu sonuncuya məxsus "VAZ-21015" markalı avtomaşında əlləri ilə boğaraq öldürüb və üstündə olan pulunu ələ keçiriblər. Daha sonra cinayətin izini itirmək məqsədilə meyiti kanala atıblar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.