Kafedə soyğunçuluq edildi

16 Fevral 2016 16:40 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 14-də Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində 2 nəfər naməlum şəxs orada işləyən Qazax rayon sakini Elnur Məmmədovun telefonunu açıq talama yolu ilə alıb.

Nəsimi RÖİ 20ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Füzuli rayon sakini Təbriz Qarayev və Ucar rayon sakini Ruslan Ələkbərli tutulublar.