Dünya Bankının regional direktoru Azərbaycana gəlir

16 Fevral 2016 17:18 (UTC+04:00)

Səfər iki gün davam edəcək.

Tanışlıq xarakteri daşıyan səfər çərçivəsində M.Tembonun Azərbaycanın baş naziri Artur Rasizadə və hökumətin iqtisadi blokunun nümayəndələri ilə görüşü nəzərdə tutulur.

Xatırladaq ki, M.Tembon DB-nin Cənubi Qafqaz regionu üzrə direktoru kimi 2015-ci ilin oktyabrın 1-dən işə başlayıb. O bu postda 2012-ci ildən sözügedən vəzifəni icra edən və artıq Qana, Liberiya və Sierra-Leone üzrə regional direktor təyin olunan Henri Keralini (Henry Godfrey Rupiny Kerali) əvəz edib.

Report.az