Qırğız qızları təhqir olundu -Azərbaycanlı oğlanlarla görüşdüyünə görə (Video)

16 Fevral 2016 19:02 (UTC+04:00)

Rusiya KİV-lərinin yaydığı iməlumata görə, fevralın 15-də Facebook-da yerləşdirilən videoda bir neçə oğlan qırğız dilində qızları təhqir edir. Hadisənin Moskva vilayətinin Kolomna şəhərindəki "Solo" klubunda baş verdiyi iddia olunur.

"Niyə kameraya düşməkdən çəkinirsən, amma azərbaycanlılarla kafeyə getməkdən yox?"-deyə videodakı gənclərdən biri soruşur. Qızlardan biri isə qırğız kişilərindən məyus olduğunu və ona görə başqa millətlərin nümayəndəsi ilə görüşdüyünü deyir. Sonda gənclərdən biri onlara "azərbaycanlılar qırğız deyil"-deyə qışqırırlar.

Artıq Qırğızstan Daxili İşlər Nazirliyi faktla bağlı məlumat yayaraq, videodakı şəxslərin tapılması istiqamətində tədbirlər görəcəyini deyib. Lakin qurum hadisəınin Rusiya ərazisində baş verməsi səbəbindən ilk növbədə həmin ölkənin hüquq-mühafizə orqanlarının məsələyə baxmalı olduğunu deyib. Hadisə qırğız cəmiyyətində ciddi müzakirələrə yol açıb.