BMT-nin 6-cı baş katibi vəfat etdi

16 Fevral 2016 21:34 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən məlumat verir ki, sabiq baş katib bu gün 94 yaşında Qahirədə vəfat edib.

Misirin "əl-Əhram" qəzeti B.Butros-Qalinin Qahirədə xəstəxanada dünyasını dəyişdiyini yazır.

Xatırladaq ki, B.Butros-Qali 1992-ci il yanvarın 1-də BMT-nin baş katibi seçilmişdi. Buna qədər isə o, Misir baş nazirinin müavini olub.