Bakıda 600 min manata maşın satılır - FOTO

16 Fevral 2016 23:30 (UTC+04:00)

Turbo.az saytında yer alan elanda yarım milyondan çox qiymətə təklif edilən avtomobil, Bakıda fəaliyyət göstərən maşın salonlarından biri tərəfindən satılır.

Qara rəngdə olan bu avtomobilin buraxılış ili 2015, mühərrikinin gücü 700 at gücü, həcmi 6000 kubsantimetrdir. Avtomobil 100 kilometrlik sürəti 4,9 saniyəyə yığır.












Oxu.Az