Elçin Əfəndiyevdən açıqlama gəldi

7 Noyabr 2012 11:44 (UTC+04:00)
Baş nazirin müavini Elçin Əfəndiyev köməkçisi Vaqif Hüseynovun ABU-nun sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı həbs edilməsinə münasibət açıqlayıb.

AzNews.az-a eksklüziv açıqlamasında adıçəkilən şəxsin 2010-cu ilin əvvəlindən onun yanında işləmədiyini bildirən E.Əfəndiyev mətbuat orqanlarına müraciət edərək məsələ ilə bağlı onu narahat etməməyə çağırıb: "Xahiş edirəm bu məsələ ilə bağlı mənə müraciət olunmasın".

Araz Xəzər
AzNews.az