Bakıda bankı qarət etmək istədilər

17 Fevral 2016 09:07 (UTC+04:00)
49 yaşlı Elxan Hüseyn oğlu Məsimov banklardan birində həyəcan siqnalının işə düşməsi nəticəsində hadisə yerinə gələn Mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılaraq istintaqa təhvil verilən Elxan əvvəlcə polisi taksi fəaliyyəti ilə məşqul olmasına və gecə vaxtı bankın ətrafında düşürdüyü müştərisini axtardığına inandırmağa çalışıb. Dediklərinin inandırıcı olmadığını görəndə isə olanları düzgün danışmaq qərarına gəlib.

Məsimovun sözlərinə görə oğurluğu qaynı Kamran adlı şəxslə planlaşdırıb. Bankın binasında yerələş bankomatı qarət etmək istəyən Kamran hadisə yerindən qaçaraq gizlənə bilib. Saxlanılan şəxs qaçan qaynının yaxalanacağına ümid edir.

Faktla əlaqədar Binəqədi rayon polis idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Ötən həftə də Bakının Binəqədi rayonunda banklardan birinin qarət olunmasının qarşısı mühafizə polisləri tərəfindən alınmışdı.

anspress.com