Yanacaqla yüklənən qayıqda yanğın baş verdi

17 Fevral 2016 09:21 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda dənizin sahilində dayanan ümumi sahəsi 15 kv.m olan qayığın içərisinə yığılan, hər biri 200 litr olan 9 ədəd yanacaqla dolu çəlləkdən 2 kv.m sahəyə dağılan yanacaq yanıb. Qayıq və yanacaq çəlləkləri yanğından mühafizə olunub.

Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.