İkimərtəbəli bağ evi yandı

17 Fevral 2016 10:14 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m (hər mərtəbəsi 110 kv.m) olan ikimərtəbəli 6 otaqlı bağ evinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər bağ evləri yanğından mühafizə olunub. Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.