“Lokomotiv”in oyunçusu cəzalandırıla bilər – “Putin maykası”na görə

17 Fevral 2016 10:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, maraqlı məqamlardan biri də oyunun sonunda "Lokomotiv"in futbolçusu Dmitri Tarasovun futbolkasını çıxararaq Rusiya prezidenti Vladimir Putinin portreti və "ən nəzakətli prezident" yazısı olan maykasını nümayiş etdirməsi olub. Tarasov bu addımını dövlət başçısına dəstəyini və hörmətini ifadə etmək istəyilə izah edib.




Lakin UEFA oyunlarda siyasi aksiyalara icazə vermir. Məlumata görə, Tarasovun əməlində inzibati reqlamentin pozulması və aşkar təxribat göz qabağındadır. Bu səbəbdən Tarasovun oyunlardan uzunmüddətli kənarlaşdırılma ilə cəzalanacağı gözlənilir. O, ən azı 10 oyun üçün diskvalifikasiya edilə bilər. Sanksiyalar belə səhvin baş verməsinə yol vermiş "Lokomotiv" futbol klubuna qarşı da tətbiq edə bilər.

Məlumat üçün bildirək ki, oyun "Fənərbaxça"nın qələbəsi ilə başa çatıb. "Lokomotiv" 2:0 hesabı ilə uduzub.

Aydan AXUNDOVA