Avtomobil çaya düşdü - Sürücü yaralandı

17 Fevral 2016 10:48 (UTC+04:00)

Əsrik-Ağbulaq yolunda rayonun Azaflı kənd sakini, 1963-cü il təvəllüdlü Aqil Əsgərovun idarə etdiyi "Mitsubishi" markalı avtomobil sürüşərək yolun kənarındakı çaya düşüb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

APA.az