Füzulidə əhalinin pulsuz tibbi müayinəsi keçirilir - Fotolar

17 Fevral 2016 10:51 (UTC+04:00)


AzNews.az xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev səhiyyə müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinəsinin yüksək səviyyədə aparılması üçün konkret tapşırıqlar verib. Alı Alıyev tibb işçilərinə, həkimlərə vətəndaşların incidilməməsi, həkim-xəstə münasibətlərində şəffaflığın, ən əsası insana qayğının təmin olunması ilə bağlı tapşırıq və tövsiyyələrini verib. Bildirib ki, ərazidə məskunlaşmş əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı komissiya yaradılıb və yaradılan komissiya tapşırıqların icrası istiqamətində işlərə başlayıb.

Hazırda rayon ərazisindəki 39 yaşayış məntəqəsində məskunlaşıb yaşayan məcburi köçkün ailələrinin 5 məntəqədə İkinci Zobucuq qəsəbəsində, Horadiz, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, həmçinin Füzuli Tibb Mərkəzində tibbi müayinədən keçirilməsinə başlanılıb. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanı olmayan sakinlərə yerlərdə xidmət göstərirlər. Xəstəlik aşkar edilən vətəndaşlar stasionar və ambulator şəraitdə müalicə olunurlar.

Sağlamlıq aksiyası mayın 2-dək davam edəcək.