Ombudsman Baş prokurora müraciət etdi - Öldürülən məhkumla bağlı

17 Fevral 2016 11:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, müəssisəyə başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, daxil olan müraciətlərin, habelə bu müəssisədə məhkumlarla bağlı mətbuatda yayılan məlumatların araşdırılması olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin cərimə təcridxanasının kameralarına və tibb-sanitar hissəsinə baxış keçirilib, burada saxlanılan məhkumlar qəbul olunub.

Başçəkmə çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsindən bu müəssisəyə etap olunan İbrahimov Nurani Fuad oğlunun ölüm faktı ilə bağlı sənədləşmə öyrənilib, habelə müəssisə rəhbərliyi fakt üzrə prokurorluqda cinayət işinin başlandığını, məhkəmə-tibb ekspertizasının təyin olunduğunu və lazımi sənədlərin istintaqa verildiyini bildirib.

Eyni zamanda bu müəssisəyə etap olunan digər beş məhkumla da bağlı məlumatlar yerində araşdırılıb, MPQ-nin həkim üzvünün iştirakı ilə bu şəxslər fərdi şəkildə qəbul olunub, bədənlərinə baxış keçirilib. Baxış zamanı onların üzərlərində xəsarət izləri müşahidə olunmayıb.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən həmin müəssisədə 30-dan çox məhkum fərdi qaydada dinlənilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, müraciətləri yerində araşdırılıb. Ümumilikdə isə qəbul olunan məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər.

Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Başçəkmənin yekununda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilmişdir.

Başçəkmənin nəticəsi və N.İbrahimovun ölüm faktının nəzarətə götürülərək tam və hərtərəfli araşdırılması, habelə nəticəsi barədə məlumatların Ombudsmana göndərilməsi ilə bağlı Baş Prokurorluğa müraciət olunub.