Hakimiyyətdən Qubad İbadoğlunun təkliflərinə müsbət - Cavab

17 Fevral 2016 11:47 (UTC+04:00)


Bu barədə AzNews.az-a iqtisadçı-alim Qubad İbadoğlu məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatına Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisindən daxil olan məktubda bildirilib.

"Hərəkatın hazırladığı "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi" adlı sənəd layihəsinə tərəfimizdən baxılıb. Bildiririk ki, göndərilən layihədə məqsəduyğun hesab edilən təkliflər dövlətin və cəmiyyətin marağı nəzərə alınmaqa aparılan iqtisadi islahatların gedişi prosesində nəzərə alınacaqd. Əməkdaşlığa, verdiyiniz təkliflərə görə təşəkkürümüzü bildiririk" – deyə, məktubda qeyd olunub.

Q.İbadoğlunun sözlərinə görə, bir müddətdir ki, Azərbaycandan kənarda fəaliyyət göstərməsinə baxmayaraq, ölkə iqtsiadiyyatında, sosial baş sferada verən dəyişiklikləri izləyir, proseslərə mümkün qədər operativ və obyektiv münasibət bildirir, təkliflərlə çıxış edir: "Mütəxəssis kimi başlıca məqsədim bu həssas dönəmdə Azərbaycan iqtisadiyyatının problemlərinin həlli və əhalinin güzəranın pisləşməsinin qarşısını almaq üçün zəruri tədbirlərin həyata keçirilməsinə töhfələrimi verməkdən ibarətdir. Azərbaycanlı kimi istəyim dövlətimi iqtisadi və siyasi cəhətdən güclü görmək və onun zəifləməsindən kənar qüvvələrin istifadə etməsinə yol verməməkdir".

Bahar RÜSTƏMLİ
AzNews.az