İlham Əliyev: “Bu böhranın sonu görünmür”

17 Fevral 2016 11:59 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Tovuz rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

2016-cı ilin ölkəmiz üçün uğurlu olacağına əminliyini bildirən Prezident deyib: "Büdcəyə dəyişiklik olunacaq və biz neftin qiymətinin minimum səviyyəsi - 25 dollar səviyyəsi ilə lazım olan bütün sosial və investisiya layihələrini icra edəcəyik".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bütün maliyyə, iqtisadi mexanizmlər dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsaslanmalıdır. Maliyyə və iqtisadi sektorun inkişafı neftin qiymətindən asılılığımızı aradan qaldırmağa imkan yaradacaq.

"Qarşıya vəzifə qoyulub ki, biz bir neçə ildən sonra neft amilindən asılılığı tamamilə aradan qaldırmalıyıq. Əminəm ki, buna nail olacağıq", - deyə dövlət başçısı bildirib.