Bağ evində baş verən qətllə bağlı - Rəsmi məlumat

17 Fevral 2016 12:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, fevralın 14-də Sabunçu rayonunun Albalılıq bağlar sahəsində yaşayan Həmid Məmmədrəsuloğlunun küt alətlə qətlə yetirilən meyiti evinin həyətində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abdulzadə və Elman Qasımov tutulub, digər şəxsin tutulması istiqamətində tədbirlər görülür.