Avtomobildən maqnitofon oğurlandı

17 Fevral 2016 12:54 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 16-na keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Ramin Tağıyevə məxsus "Mercedes" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə maqnitofon oğurlanıb.

Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Elnur Zeynalov və Rüfət Şükürlü tutulublar.