Hamının gözü qarşısında Aygün Kazımovanı qucaqladılar – PAPARAZZİ – FOTOSESSİYA

7 Noyabr 2012 12:29 (UTC+04:00)
Bu günlərdə axşam saatlarında paytaxtda keçirilən tədbirlərindən birində Xalq artisti Aygün Kazımova və onun prodüseri Tolik (Tarix Əliyev) səhnə arxasında maraqlı şəkildə görüntüləniblər.

AzNews.az-ın fotokamerasına tuş gələn A.Kazımova və Tolik əvvəl mobil telefona baxmaqla, öz aralarında sövdələşiblər. Bu zaman tanınmış teleaparıcı Nəsib Nurun A.Kazımovaya yaxınlaşması və ona sarılıb, mehribanlıqla görüşməsi diqqətçəkən məqamlardan olub.

Fuad Mədətov
AzNews.az