Ərdoğanın Gəncə səfəri təxirə düşdü
17 Fevral 2016 15:05 (UTC+04:00)
Bu barədə AzNews.az-a türkiyəli jurnalist Ali Kan məlumat verib. O, səfərin planında Gəncədə müşayiət olunan hava durumu ilə əlaqədar dəyişiklik edildiyini bildirib. Onun sözlərinə görə, Ərdoğanın təyyarəsi birbaşa Bakıya eniş edəcək.
Məlumat üçün bildirək ki, sabah Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası olacaq. Ərdoğan da iclasa qatılacaq.